Gürcüstanda tibbi heyət arasında 101 nəfər koronavirusa yoluxub, onların 1-i vəfat edib.
Unikal.org xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.
Qeyd olunub ki, COVID-19-a yoluxanların 58%-ni tibb bacısı, 31%-ni həkim, 10%-ni isə kiçik tibbi işçiləri təşkil edir.
Virusun təsdiqləndiyi tibb işçilərinin yaş həddi 19-72 təşkil edir. Onların 84%-i qadındır.