Çində ötən sutka ərzində 44 nəfərdə yeni növ koronavirusun aktiv forması və 11 simptomsuz yoluxma halı aşkarlanıb, 2 pasiyent sağalıb.
Unikal.org xəbər verir ki, bu barədə ölkənin Gigiyena və Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi bildirib.
Koronavirusa yoluxanların on biri xaricdən gələn ölkə vətəndaşlarıdır. Ötən sutka ərzində koronavirusdan ölən olmayıb.
Qeyd edilir ki, ümumilikdə ölkədə koronavirusa yoluxanların sayı 83 265 nəfərə çatıb. Ölkədə müalicə alan 78 379 nəfər sağalıb, 4 634 xəstənin həyatını xilas etmək mümkün olmayıb.