Fransada koronavirusdan ölənlərin sayı 29,5 min nəfəri keçib.

Unikal.org xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Fransada epidemiya başlayandan bəri 29547 nəfər ölüb. Onlardan 19 090 nəfəri xəstəxanalarda, 10457 nəfəri isə sosial-tibbi müəssisələrdə dünyasını dəyişib. 

Son sutka ərzində xəstəxanalarda 38 nəfər ölüb.

Hazırda xəstəxanalarda 10 535 xəstə müalicə olunur. Son 24 saat ərzində xəstəxanalara  143 xəstə qəbul edilib. Reanimasiyaya 820 nəfər yerləşdirilib. 

Qeyd edək ki, epidemiyanın əvvəlindən 103,4 mindən çox insan xəstəxanaya yerləşdirilib, onlardan 18,2 min nəfəri reanimasiyada olub. 73,3 mindən çox insan sağalıb.