Dünyada koronavirus pandemiyasından ən çox təsirlənən ikinci ölkə olan Braziliyada son 24 saat ərzində 1 228 nəfər virus səbəbindən həyatını itirib.
Unikal.org xəbər verir ki, bu barədə Braziliya Səhiyyə Nazirliyindən verilən məlumatına görə, ölənlərin ümumi sayı 45 min 241 nəfərə yüksəlib.
Belə ki, son sutkada virusa yoluxanların sayı 34 min 918 nəfər artaraq 923 min 189-a çatıb.
Bildirək ki, 46 milyon əhalisi olan ölkənin ticarət mərkəzi olan Sao Paulo, ölkədə pandemiyadan ən çox təsirlənən bölgədir. Burada 190 min 285 yoluxma halı və 11 min 132 virus qaynaqlı ölüm qeydə alınıb.