Maya Təqviminin yeni şərhinə görə, dünyanın sonu bu həftə gələ bilər. 

Unikal.org məlumat verir ki, Maya Təqviminin bilicilərinin yeni araşdırmasına, əsasən, dünyanın sonu bu həftə gəlir. Kovid-19 pandemiyası və qlobal iqtisadi tənəzzül indiyə qədər oxşar inancları oyandırsa da, Maya Təqviminin təfsiri ilə bir çoxlarının gündəmində olan proqnozları səhv çıxıb. 

Xatırladaq ki, Qədim Maya sivilizasiyasının təqviminin əvvəlki şərhinə əsasən dünyanın  sonu 21 dekabr 2012-ci ildə başa çatacağı gözlənilirdi. Həmçinin də, bu fərziyyələrdən ilhamlanan “2012” kimi Hollivud filmləri də çəkilib.  

Qeyd edək ki,  Pablo Tagaloguin adlı alim Maya Təqviminin bu şərhinə biganə yanaşmayıb. Alimin açıqlamasına görə,  ““Julian” Təqvimi ilə hal-hazırda həqiqətən 2012-ci ildəyik və 21 iyun dünyanın sonudur” deyə bildirib. 

Belə ki, Tagaloguin bu açıqlamaları sosial şəbəkə hesabı “ Twitter” paylaşıb. Daha sonra Tagaloguinin “Twitter” hesabı, həmçinin LinkedIn və İnstaqram hesabları silinib. Forbesdəki xəbərlərə görə, hər şeydən əvvəl Mayalıların dünyanın sonunu proqnozlaşdırmadığına inanmaq üçün bir çox səbəb var.  Son proqnozlar dünyanın sonunu yeni bir dövrün başlanmasını göstərir.