İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 120 nəfər vəfat edib.
Unikal.org xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, İrandan koronavirusdan ölənlərin sayı 9 185 nəfərə çatıb.
İranda son sutka ərzində koronavirusa 2612 yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 195 051 nəfərə çatıb. İndiyədək xəstəlikdən 154 812 nəfər sağalıb.
Hazırda virus daşıyıcısı olan xəstələrdən 2 789 nəfərin vəziyyəti ağır və ya orta ağırdır.