Türkiyədə "koronavirusdan qorunma duası" satışa çıxarılıb.
Unikal.org xəbər verir ki, "Show TV" kanalında yayımlanan Zahidə Yetişin verilişində bundan bəhs edilib. Duanın üstündə ərəbcə yazı "Axmağı yolmaq duası" (Kerizi yolma duası) kimi tərcümə olunur.
"Koronavirus duası"nın 29,90 lirəyə (təxminən 7 AZN) satıldığı bildirilir.
Vətəndaşların dini inanclarından sui-istifadə edərək, pul qazanmaq istəyənlər qınanılıb.