Cənubi Koreyada ötən sutka ərzində yeni növ koronavirusa daha 59 nəfər yoluxub.
Unikal.org xəbər verir ki, bu barədə Koreyanın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzindən (KCDC) xəbər verilib.
Bildirilir ki, yoluxma hallarından 51-i yerli əhalidə, digərləri isə xaricdən gələn vətəndaşlarda qeydə alınıb. Koronavirusa yoluxanların ümumi sayı 12 257 nəfərə çatıb.
Ötən sutka ərzində koronavirusdan bir ölüm hadisəsi qeydə alınmayıb və ölənlərin sayı 280-ə yüksəlib. Hazırkı dövrədək 10 800 nəfər koronavirusdan sağalıb.