Zeynal Nağdəliyev səlahiyyətlərini itirdi
12:25 01-12-2012
İQTİSADİYYAT
Zeynal Nağdəliyev səlahiyyətlərini itirdi
PA-da struktur dəyişikliklərinə start verildi
Prezident İlham Əliyev Prezident Administrasiyasına yeni təyinatlarla bağlı sərəncam imzalayıb.
Sərəncamlara görə, Əli Hidayət oğlu Əsədov, Zeynal Səfər oğlu Nağdəliyev və Novruz İsmayıl oğlu Məmmədov Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin müavini təyin edilib. Qeyd edək ki, təyinat alan şəxslər bu vaxta qədər də Administrasiyada yüksək vəzifə tutublar.Maraqlıdır, bu təyinatlar əslində hansı nəticələr yaradacaq ? Ekspertlər bildirir ki, bu sərəncam əslində hakimiyyət daxilində ki, müəyyən proseslərə bir başa təsir edəcək. Çünki bu sərancamla idarəetmədə bir mərkəzləşmə yaradıldı və bununla da Prezident Admnistrasiyasının rəhbəri Ramiz Mehdiyevin hadisələrə təsiretmə imkanları artırıldı. Xatırladaq ki, qarşıdan prezident seçkiləri gəlir və buna görə idarəetmədə mərkəzləşmənin olması vacibdir. Müşahidəçilər həmçinin təyinat alan şəxslərin kimliyinə xüsusi önəm verirlər. Belə ki, Ramiz Mehdiyevin müavini olan şəxslərdən biri Zeynal Nağdəliyevdir. O, öncələr PA-da ərazi idarəetmə şöbəsinin müdiri idi və fəaliyyəti ərzində ölkədə ki, əksər rayonlara nəzarət edirdi. PA daxilində geniş səlahiyyətlərə malik olan şöbə müdiri hətta bəzi məqamlarda PA rəhbəri Ramiz Mehdiyevlə razılaşmamaq ovqatı yaradırdı. Buna görə dəfələrlə KİV-də belə xəbərlərdə yayıldı ki, Zeynal Nağdəliyev səlahiyyətlərinə müdaxiləni qəbul etmir və PA rəhbəri olmaq üçün imkanlarını səfərbər edib. Bu gün isə məlum sərəncamla Zeynal Nağdəliyev demək olar ki, gücünü itirdi. O, artıq konkret bir sahəyə nəzarət edə bilməyəcək və rayonlara təsiri azalacaq. Bunu da qeyd edək ki, Zeynal Nağdəliyevin son zamanlar fəaliyyəti yuxarı dairələri qane etmirdi. İstər Qubada baş verən olaylar, istər Masallıda icra hakimiyyəti başçısının postundan götürülməsində Zeynal Nağdəliyevin mövqeyi qaneedici deyildi. Çünki Masallıda süni şəkildə problem yaradıldı və bundan sonra Zeynal Nağdəliyevin şöbəsində çalışan və Masallı rayonuna kuratorluq edən şəxs icra başçısı təyin olundu. Aydın oldu ki, Zeynal Nağdəliyev rayonlara özünə yaxın şəxsləri təyin etdirməklə gücə çevrilməyə çalışırmış. İndi isə artıq o bu imkanlardan mərhum oldu. Bu təyinatlardan biri də marağımızı cəlb edib. Bu isə Əli Əsədovdur. Qeyd edək ki, Əli Əsədov prezidentin iqtisadi məsələlər üzrə köməkçisi idi və bir başa prezidentin tapşırıqlarını icra edirdi. Son zamanlar isə Əli Əsədov PA-da ciddi bir tərəfə çevrilmişdi və demək olar ki, ölkənin bir sıra sahələrinə bir başa nəzarət edirdi. Amma bu gün məlum sərancamla oda PA-in rəhbərinə bir başa tabe edildi. Ekspertlər bildirir ki, bununla da Prezident Administrasiyasında tərəflərə çevrilən və müstəqil fəaliyyətə həvəs göstərən simalara yerləri göstərildi. Bunu da qeyd edək ki, məlum sərəncamdan sonra Prezident Admnistrasiyasında da struktur dəyişiklikləri aparılacaq. Ən azından ona görə ki, Zeynal Nağdəliyevin dünənə qədər rəhbərlik etdiyi ərazi idarəetmə şöbəsi geniş səlahiyyətlərə və sektorlardan ibarət struktura sahib idi. Bildirilir ki, indi bu şöbənin səlahiyyətləri azaldılacaq və strukturu digər şöbələr arasında bölüşdürüləcək. Beləliklə hesab etmək olar ki, Zeynal Nağdəliyev başladığı oyunda məğlub oldu.
Mehdi Əli
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00