Dövlət ümumi təhsil müəssisəsində ibtidai (I-IV siniflər), ümumi orta (V-IX siniflər) və tam orta (X-XI siniflər) təhsil səviyyələri üzrə siniflər (təmayül siniflər istisna olmaqla) şagirdlərin sayı 20 nəfərdən az olmamaqla təşkil ediləcək.
Unikal.org xəbər verir ki, bu, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Dövlət ümumi təhsil müəssisəsində siniflər üzrə şagird sıxlığı normaları”nın təsdiq edilməsi haqqında qərarında əksini tapıb.
Qərarda qeyd olunur ki, dövlət ümumi təhsil müəssisəsi üzrə bir sinifdə şagirdlərin ümumi sayı 20 nəfərə çatmadıqda, sinif mövcud şagird sayı ilə təşkil edilir. İbtidai təhsil səviyyəsinin bir sinfində şagird sayı 10 nəfərdən az olduqda isə, həmin sinif ibtidai təhsil səviyyəsinin şagird sayı 10 nəfərdən az olan digər bir sinfi ilə birləşdirilərək komplekt siniflər yaradılır. Komplekt siniflər şagird sayı 18 nəfərdən çox olmamaqla təşkil edilir.