Goranboy Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Ceyhun Həsənovda koronavirus aşkarlanıb.
Unikal.org-un əldə etdiyi məlumata görə, C.Həsənov koronavirus (COVİD-19) infeksiyasına yoluxub. O, hazırda Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Goranboy İcra Hakimiyyəti karantinə alınıb.
Qeyd edək ki, Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevin həyat yoldaşında da koronavirus aşkarlanıb. Onlar da Mərkəzi Gömrük Hospitalında müalicələrini davam etdirirlər.
Hüseyn İsgəndərov