Mərkəzi Gömrük Hospitalının bu qəhrəmanları xüsusi geyimdə gecə-gündüz çalışır.Öz həyatlarını riskə atırlar.
Unikal.org xəbər verir ki, hospitalın həkimlər yylardır doğmalarının, yaxınlarının üzlərinə həsrət qalıblar.
Övladına toxuna bilməmək, bağrına basıb oxşaya bilməmək .. Gerisini siz düşünün...
Çöhrələrində olan yorğunluq, xüsusi geyimlərin törətdiyi fəsadlar, bütün bu fədakarlıqlar isə sizlərin həyatını xilas etmək üçündür.
Birgə düşünək...Bəs bizlər? Onları qorumamalıyıqmı?
Sağlamlığımızın qorunması üçün özlərini sipər edən bu mübariz qəhrəmanları yalnız və yalnız alqışlayırıq.
P.S. Çəkiliş məqsədilə DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin əməkdaşları cəmi 3 saat xüsusi geyim formasında oldular. Onların üzlərində qalan cizgilərə diqqətlə baxanda günlərlə, aylarla koronavirus xəstələrinin müalicəsində iştirak edən tibb işçilərinin bizlər üçün hansı çətinliklərə qatlandığını başa düşmək olar. Fədakarlığınızın qarşılığı yoxdur!!!