Azərbaycan Respublikasının prokurorluq orqanlarında kadr korpusunun komplektləşdirilməsi istiqamətində işlər həyata keçirilir.

Baş Prokurorluğunun Mətbuat xidmətindən Unikal.org-a verilən xəbərə görə, Baş prokuror Kamran Əliyevin imzaladığı müvafiq əmrlərlə Anar Cəfərov Ağstafa, Vasif Süleymanov Ağdam, Vahid Məmmədov Cəlilabad, İlkin Mustafayev Laçın rayonunun prokuroru vəzifələrinə, Qabil Qasımov isə Baş Prokurorluğun Prokurorluqda İstintaqa Nəzarət idarəsinin rəis müavini vəzifəsinə təyin ediliblər.

Bundan başqa, Baş prokurorun imzaladığı əmrlərlə Rəşad Bəşirova Qax, Vəli Mustafayevə Masallı, Adil Vəliyevə Saatlı, Rasim Musayevə Zaqatala, Əli Əliyevə Astara, Nəsif Nəcəfova isə Neftçala rayonunun prokuroru vəzifələrinin icrası həvalə edilib.

Kadr korpusunun peşəkarlıq və mənəvi keyfiyyətlərinə görə işçilərlə formalaşdırılması istiqamətində islahatlar davam etdirilir.