Şair, tərcüməçi Səlim Babullaoğlu koronavirusdan sağalıb.
Unikal.org-un məlumatına görə, özü bu barədə “Facebook” hesabında paylaşım edib.
S. Babullaoğlu qeyd edib ki, artıq evdədir: “Səhhətim, şükür Allaha, normaldır. Analiz neqativdir. Bərpa prosesi keçilməlidir. Bütün dostlara, həkimlərə təşəkkürlər”.
Qeyd edək ki, iyunun 18-də şair, tərcüməçi Səlim Babullaoğlu koronavirus (COVID-19) şübhəsi ilə xəstəxanaya yerləşdirilmişdi.