Azərbaycan Respublikası Təhsil Nazirliyinin 02.06.2020-ci il tarixli, T-277 saylı ali və orta ixtisas təhsili müəssisələrində 2019/2020-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının təşkili və keçirilməsi əmrinə əsasən Azərbaycan Turizm və Menecment Universitetində yaz semestrinin imtahan sessiyası 08 iyun 2020-ci il tarixində başlanıb. 

Unikal.org Universitetin mətbuat xidmətinə istinadla xəbər verir ki, Təhsil Nazirliyinin müvafiq tövsiyyələrinə əsasən mövcud vəziyyətlə əlaqədar olaraq imtahan sessiyası onlayn qaydada (müsahibə, təqdimat) təşkil olunub.

Azərbaycan Turizm və Menecment Universitetinin 2019-2020 tədris ilinin yaz semestrinin imtahan sessiyası üzrə 08 iyun - 25 iyun tarixlərində bakalavriat səviyyəsi üzrə 320 qrupdan 7507 tələbədən 7149-u (95%)  iştirak etmiş, onların hamısı müvəffəq qiymət alıb. Bakalavriat səviyyəsi üzrə 358 (5%) tələbə müəyyən səbəblərdən imtahanlarda iştirak edə bilməyib. Müvafiq tarixlər üzrə magistratura səviyyəsindən 143 qrup üzrə 1039 magistrantdan 990-nı (95%) imtahanlarda iştirak edib, 49 nəfəri (5%) isə müəyyən səbəblərdən iştirak edə bilməyib. Avqust ayında təşkil olunacaq icmal mühazirələrdə indiyədək 335 tələbə qeydiyyatdan keçib.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 08 iyun tarixli təlimatına əsasən yaz imtahan sessiyası müddətində imtahan sessiyası barədə statistik hesabatlar gündəlik olaraq yazılmış və məlumatlar növbəti gün saat 14:00-a kimi Təhsil Nazirliyinə elektron formada təqdim olunur.