Keşlə" klubu 5 futbolçusu ilə yollarını ayırıb. 

Klubun Mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, paytaxt təmsilçisi yerli oyunçulardan Əfran İsmayılov, Murad Ağayev və Tural Bayramlı ilə vidalaşıb. 

"Keşlə" əcnəbilərdən paraqvaylı hücumçu Lorenzo Frutos və argentinalı müdafiəçi Franko Flores ilə müqaviləni yeniləməyib.