ABŞ-ın Oklahoma ştatında silahlı şəxs polis əməkdaşlarına atəş açıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Talsa şəhərində baş verib.
İki polis əməkdaşı yaralanaraq ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Qeyd edək ki, insident həmin şəxsin saxlanması zamanı baş verib. Polislər onu saxlamağa çalışarkən o, atəş açıb.
Hazırda cinayətkarın axtarışları aparılır.