İran prezidenti Həsən Ruhaninin siyasi müşaviri Həmid Ebutalibi vəzifəsindən istefa verib.
Unikal.org xəbər verir ki, bu barədə Ebutalibi, sosial media hesabından verdiyi açıqlamada Prezident Müşaviri vəzifəsindən istefa etdiyini və istefa məktubunu Prezident Ruhaniyə təqdim etdiyini bildirib.
Qeyd edək ki, Ebutalibi 2017-ci ildən Ruhaninin məsləhətçisi olub və əvvəllər Belçika, Avstraliya və İtaliyada səfirlik edib.