Misirin İsgəndəriyyə şəhərində xəstəxanada yanğın baş verib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, baş verən yanğın nəticəsində 7 nəfər həyatını itirib, 7 nəfər isə ağır yaralanıb.
Hadisə yerinə 5 yanğınsöndürən maşınların müdaxilə edildiyi və yanğının nəzarət altına alındığı bildirilib. Yanğının qısa bir qapanma səbəbiylə baş verdiyi açıqlanıb.