Rusiya paytaxtında yaşayış binasında dəhşətli partlayış baş verib. İlkin ehtimallara görə, partlayışa səbəb qaz olub.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki,  nəticədə binanın üçüncü mərtəbəsində dörd mənzil yanıb.

Ümumilikdə, yeddi nəfərin həyatı xilas edilib, üç nəfərin tibbi yardıma ehtiyacı olub.

Partlayışın dalğası ilə binada pəncərələr qırılaraq, qonşu həyətdə oturan sakinlərin üstünə tökülüb.