Rusiyada son sutka ərzində daha 6 693 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Unikal.org xəbər verir ki, Rusiyada COVID-19-a yoluxanların sayı 647 849 nəfərə çatıb. Son sutka ərzində 154 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 9 320 nəfərə çatıb.

Xəstəlikdən sağalanların sayı 412 650 nəfərdir. Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ və Braziliyadan sonra üçüncü yerdə gəlir.