ABŞ Konqressi 2021-ci il üçün milli müdafiəyə maliyyə ayrılması haqqında qanuna əlavələri müzakirəyə çıxarıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, eləcə də söhbət Rusiya ilə Türkiyə arasında S-400 kompleksi üzrə imzalanmış sazişlə bağlı yaranmış problemi radikal həll etmək üçün respublikaçı senator Con Tyunanın təklifindən də gedir.
Konqressin saytında yerləşdirilmiş əlavənin mətninə əsasən, senator Rusiyanın ZRK-ni Pentaqonun vəsaiti hesabına Moskvanın razılığı olmadan Ankaradan almağı təklif edib.
Bildirilir ki, bu, ABŞ və Türkiyəyə çoxhədəfli beşinci nəsil “F-35 Lightning II” qırıcılarının hazırlanmasında Türkiyənin iştirakı ilə bağlı yaranmış xoşagəlməz vəziyyətdən çıxmağa imkan verəcək.