İngiltərənin Leicester şəhəri koronavirus pandemiyası səbəbiylə karantinə alınıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, mətbuata açıqlama verən İngiltərə Səhiyyə naziri Matt Hancock, ticarət müəssisələrinin, məktəblərin və istirahət mərkəzlərinin bağlaması qərarını verib.
Nazir, Leicester şəhərindəki hadisələrin son həftələrdə ölkə daxilində görülən hadisələrin 10 faizini təşkil etdiyini söyləyib.
"Bəzi çətin, lakin vacib qərarlar" verdiyini bildirən Matt, pərakəndə mağazalarının cümə axşamı günündən etibarən bağlanacağını açıqlayıb. Nazir, 4 iyul tarixində ölkə daxilində qaldırılacaq bəzi tədbirlərin şəhərdə də davam etdiriləcəyini bildirib.