İndoneziyanın Surabaya şəhərinin meri Tri Rismaharini yeni koronavirus infeksiyasının yayılması ilə bağlı vəziyyət pisləşdiyi üçün dizləri üstündə üzr istədi.
Unikal.org bu barədə “Jakarta Post”a istinadla xəbər verir.
Məlumata əsasən, mer həkimlərlə görüşü zamanı diz çökərək ağlayıb və üzr istəməyə başlayıb. O, şəhər administrasiyasını günahlandırmamağı xahiş edib və bildirib ki, hökumət nümayəndələri “hətta xəstəxanaya girə də bilmirlər”.
Qeyd edilir ki, mer həkimlərdən biri xəstəxanaların koronavirusa yoluxanlarla dolduğunu, şəhərdə isə çoxlarının virusun yayılmamağı üçün təhlükəsizlik tədbirlərinə riayət etmədiyini dedikdən sonra üzr istəyib.