2013-cü il planı
13:39 04-12-2012
İQTİSADİYYAT
2013-cü il planı
Bütün planlar kənarda hazırlanır
Prezident seçkilərinə artıq bir ildən də az vaxt qalıb. Bütün diqqət isə Prezident Admnistrasiyasına yönəlib. Çünki seçkilərin kifayət qədər gərgin keçəcəyi gözlənilir. Maraqlıdır, hansı səbəbdən seçkilərin ağır keçməsi fikri formalaşıb? Ekspertlər bunu bir sıra amillərlə əlaqələndirirlər.
Qərb istəyi
Ekspertlər hesab edir ki, seçkilərin gərgin keçməsinə ilk əsas verən arqument xarici amildir. Daha doğrusu qərb son iki il ərzində Azərbaycana yönəli siyasətində aqressiyanı kifayət qədər artırıb. Bu isə hansısa siyasi iddialara görə yox, sırf iqtisadi maraqlarla bağlıdır. Bu gün qərb Rusiyanın enerji şantajından xilas olmaq üçün yollar axtarır və ən yaxşı yol qərbin enerji təhlükəsizliyi layihəsinin reallaşmasıdır. Və bu işdə Azərbaycanın kifayət qədər payı var. İllər öncə Bakı-Ceyhan neft kəmərinin reallaşması ilə qərb müəyyən qədər Rusiyadan aslılığını azaltdı və bundan sonra NABUCCO layihəsi gündəmə gəldi. Amma bu dəfə Azərbaycan milli maraqlarını nəzərə alaraq kifayət qədər böyük maliyyə tələb edən NABUCCO-dan imtina etdi. Bununla da qərbin Azərbaycan siyasətində dönüş yarandı. Amma bu günlərdə Azərbaycanın TANAP layihəsinə razılıq verməsi qərbin yenə loyallaşmasına təsir etdi. Buna baxmayaraq ekspertlər hesab edir ki, qərb qarşıdan gələn seçkilərdə mövcud hakimiyyəti bir azda çətinliyə salmaqla, öz təsir imkanlarını artırmağa çalışacaq. Bu isə heç də hakimiyyətin dəyişməsinə cəhd olmayacaq. Sadəcə olaraq qərb daha çox pay qazanmağa çalışacaq.
Daxili aktivliyin təminatı
Hazırda baş verən proseslər həm də bunu göstərir ki, müəyyən qüvvələr Azərbaycan daxilində də aktivliyi artırmağa və hakimiyyətə alternativ tapmağa çalışır. Buna görə də bir sıra addımlar atılır.
Öncəliklə bunu qeyd edək ki, konstitusiyada dəyişikliklərin olmasına baxmayaraq çoxları hesab edir ki, İlham Əliyev üçüncü dəfə prezidentliyə namizəd olmayacaq. Elə buna görə də hazırda buna uyğun olaraq müəyyən qruplaşmalar yaradılır.
Bu gün ənənəvi müxalifət seçkilərə demək olar ki, hazır deyil və bunu müxaliflərin özləri də qəbul edir. Bu məntiqlə yanaşsaq aydın olar ki, İlham Əliyevin seçkilərdə heç bir problemi olmayacaq. Amma hazırda maraqlı proseslər baş verir və müxalifətin kəmiyyətində və keyfiyyətində hər hansı dəyişiklik olmasada ölkədə siyasi situasiya hər an dəyişə bilər və hazırda müəyyən yeni çağırışlar var ki, buna əsaslanıb demək mümkündür ki, gündəmə yeni siyasi tezis gətirilir. Bu nədən ibarətdir? Araşdırmalar təsdiqləyir ki, müxalifət qarşıdan gələn seçkilərdə vahid namizədlə çıxış etməsələrdə, əlavə güc əldə edə bilməsələrdə vahid bir məqsədi ictimailəşdirməyə və beynəlxalq güclərin də bu məqsədə dəstək verməsinə çalışacaqlar. Vahid məqsəd nədən ibarətdir? Ortada yalnız bir məqsəd var, İlham Əliyevin seçkilərə qatılmaması üçün səfərbər olunmaq. Bu detalı biz Ziyalılar Forumunun seçkilərlə bağlı yaydığı bəyanatda da gördük. Bəyanatda bütün qüvvələrin bir araya gəlməsi və təpki göstərməsi istənilir. Bu məsələni açıqlamasında AXCP sədri Əli Kərimli daha aydın şəkildə izah edir:-" - Biz birinci həmin o böyük alyansı yaratmalıyıq. Çalışıb ictimai-siyasi elitada konsensus əldə etməliyik. Hamı qəbul etsin, bir sənəd imzalasın ki, Ilham Əliyev üçüncü dəfə namizəd ola bilməz. Bununla bağlı etirazlar olmalıdır. Onda Ilham Əliyev vəziyyəti dəyərləndirməli olacaq. Azərbaycan xalqı etiraz edəndən sonra dünya da bu məsələyə münasibət bildirmək zorunda qalacaq. Ona görə bəri başdan özümüzü elə bir situasiyada təsəvvür etməyək ki, istənilən halda o namizəd olacaq".Gördüyünüz kimi yeni fəaliyyət proqramı ortadadır və hələlik bu proqrama açıq dəstək İctimai Palata ilə Ziyalılar Forumundan gəlir. Amma hesab etmək olar ki, bu işə QHT-lər və gənclər təşkilatlarıda cəlb olunacaq.Bunu da xüsusi ilə nəzərə almaq lazımdır ki, Rusiyada seçkilərə təsirini göstərmək niyyətindədir və bununla bağlı RATİ adlı təşkilat təsis edilib. Bu təşkilatda ilk anlar Rusiyada daxili siyasətlə məşğul olacaqlarını bildirsələrdə sonradan vəziyyət dəyişdi və milyonerlər ittifaqı Azərbaycandakı proseslərə də müdaxilə edəcəklərini bəyan etdilər. Ekspertlər hesab edir ki, seçkilər yaxınlaşdıqca onların da aktivliyi müşahidə olunacaq və ola bilsin ki, açıq şəkildə başqa bir namizədə dəstək versinlər. Beləliklə gördüyünüz kimi 2013-cü il seçkiləri ilə bağlı ortada ciddi planlar var və təssüflər ki, bu planların əksəriyyəti ölkə xaricində hazırlanır.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40