“COVID-19 xəsətliyindən əziyyət çəkmiş şəxslər evə buraxıldıqdan sonra yaşadığı ünvan üzrə poliklinikada qeydiyyatda olurlar. Hazırda Bakı və Bakıətrafında qeydiyyatda olan 2 minə yaxın şəxs poliklinika nəzarətindədir”.
Unikal.org xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.
Onun sözlərinə görə, yeni yanaşma ilə ev şəraitində müalicə alan xəstələrin statistikası aparılır.
“Ona görə bu rəqəmi hələlik demək tezdir”.