Avropa İttifaqı (Aİ) Şurası iyul ayının 1-dən vətəndaşları üçün sərhədlərini açacağı ölkələrin siyahısını razılaşdırıb.
Unikal.org xəbər verir ki, həmin ölkələr Avstraliya, Cənubi Koreya, Əlcəzair, Gürcüstan, Kanada, Mərakeş, Monteneqro, Ruanda, Serbiya, Tailand, Tunis, Uruqvay, Yaponiya, Yeni Zelandiya, habelə sərhədləri qarşılıqlı açacağını təsdiqləyəcəyi təqdirdə Çindir.