Türkiyədə son sutka ərzində 16 nəfər koronavirus infeksiyasından dünyasını dəyişib.
Unikal.org xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca məlumat yayıb.
Nazirin sözlərinə görə, 1 293 yeni yoluxma faktı qeydə alınıb. Bununla pandemiya qurbanlarının sayı 5 131, virusa yoluxanlar isə 199 906 nəfərə çatıb.
Türkiyədə indiyədək 173 111 xəstə sağalaraq evə buraxılıb.