Gürcüstanda koronavirusa yoluxanların sayı son sutkada 3 nəfər artaraq 931-ə çatıb.
Unikal.org xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib. İndiyədək qonşu ölkədə bu xəstəliyə tutulanların 794-ü sağalıb, 15-i isə dünyasını dəyişib.
Gürcüstan üzrə karantində 2 809, stasionar nəzarətdə isə 229 nəfər saxlanılır.