ABŞ-ın Missisipi ştatı əvvəlki bayrağından imtina edib.
Unikal.org “CBS News” telekanalına istinadən xəbər verir ki, bayrağın dəyişdirilməsi barədə qanunu qubernatoru Teyt Rivz imzalayıb.
Bildirilir ki, buna səbəb 1894-cü ildən bayraqda konfederativ rəmzlərin təsvir edilməsidir.
“Abidələrlə bayraqlar arasında fərq var. Abidələr keçmişimizin göstəricisidir. Bayraq isə bu günümüzün və gələcəyimizin simvoludur. Buna görə də yeni simvola ehtiyacımız var”, - deyə T.Rivz qeyd edib.
Ştatın yeni bayrağında hansı şəkillərin olacağı hələ ki məlum deyil.
Qeyd edək ki, ABŞ-da qaradərili vətəndaş Corc Floydun polislər tərəfindən öldürülməsi kütləvi etirazlara gətirib çıxarıb. Nəticədə keçmişdə qaradərili vətəndaşları istismar edən, onları qul əməyinə cəlb edən bir çox tanınmış siyasi və ictimai xadimlərin abidələri dağıdılıb.