Rusiyada son sutka ərzində daha 6556 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Unikal.org xəbər verir ki, Rusiyada COVID-19-a yoluxanların sayı 654 405 nəfərə çatıb. Son sutka ərzində 216 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 9536 nəfərə çatıb.

Xəstəlikdən sağalanların sayı 422 931 nəfərdir. Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ və Braziliyadan sonra üçüncü yerdə gəlir.