“Son günlər Azad İstehlakçılar Birliyinin ünvanına saxta maskalardan şikayət xarakterli çoxsaylı zənglər və məktublar gəlir”.
Bu sözləri Birliyin sədri Eyyub Hüseynovi Unikal.org-a açıqlamasında bildirib.
“Deyirlər, maskaların qulağa taxılan yerləri qırılır. Kim harda, necə gəldi maska satışı ilə məşğuldur. Bundan əlavə məlumatlar gəlir ki, istifadə olunmuş maskalar yenidən yuyub, ütülənib, satışa buraxılır. Halbuki, maska satışı problemləri getdikcə həll olunmağa başlayıb. Yerli maska istehsalı fəaliyyət göstərir.
Qeyd edək ki, əsl standartlara uyğun olan maskalar 3 qat olmalı və aradakı qat toxumaya bənzər materialdan olmalıdır, yəni keçənin nazik variantı kimi. Bunu çox zaman əczaxanaçılar da fərqləndirə bilmir. Maskaların da etiketlənməsi yaxşı olardı. Bu halda vətəndaşlar onu güvənərək taxa bilərdilər”.
Dürrə Həsənova