Dünya şöhrətli supermodel Bella Hadid Amerika brendi “Calvin Klein” üçün qeyri-adi fotosessiyada çəkilib.
Unikal.org xəbər verir ki, bu barədə “Hello” jurnalı yazır.
Bella “Calvin Klein”in “Swimwear” çimərlik xətti üçün çəkilib. Bildirilir ki, fotosessiyanın bir hissəsi suyun altında aparılıb.
Hadid çoxlu sayda çimərlik geyimlərini nümayiş etdirib. Əksəriyyəti ağ-qara rəngdə olan şəkillərin müəllifinin Şarlotta Veylz olduğu qeyd edilir.