İlk kommersiya telekonfransı 1970-ci ilin 30 iyun tarxində baş tutub.

Unikal.org xəbər verir ki, bu barədə “TechSpot” məlumat verir.

İlk kommersiya telekonfransında “Picturephone Mod II” videofonundan istifadə etməklə “Alcoa”şirkətinin Baş direktoru Con Harper və ABŞ-ın Pitsburq şəhərinin meri Piter Flaerti iştirak ediblər.

Qeyd edək ki, 1970-ci ildə videobağlantı baha başa gəlirdi. Quraşdırılması 150 dollara başa gələn aparatandan 30 dəqiqəlik  istifadəyə görə müştərilər ayda əlavə 160 dollar (2020-ci ildə 1057 dollara müvafiqdir – red.) ödəməli idilər.