Şimali Koreyanın lideri Kim Çen In həyat yoldaşının provokasiyalı şəkillərinin yerləşdirildiyi təşviqat vərəqələrinə görə özündən çıxıb.
Unikal.org xəbər verir ki, bu barədə “Daily Mail”ə Rusiyanın KXDR-dakı səfiri Aleksandr Matseqoru bildirib.
Onun sözlərinə görə, kontrpropaqanda məhsullarını Cənubi Koreyadan hava balonlarında çatdırırlar. Fotolarda KXDR-nın lideri Li Sol Çju ədəbsiz şəkildə əks olunub. Həmçinin təşviqat materiallarında qeyd edilir ki, Kim Çen Inın yoldaşı guya pornofilmlərdə çəkilib.