Bu gün Oxu.Az xəbər portalı yeddi yaşını qeyd edir.

Unikal.org xəbər verir ki, sayt 2013-cü il iyulun 1-də fəaliyyətə başlayıb və qısa müddətdə geniş oxucu auditoriyası toplayıb.

24 saat fəaliyyət göstərən sayt Azərbaycan və rus dillərində gündəlik 300-350 material dərc edir.

Saytın unikal oxucu sayı aylıq iki milyondan çoxdur.

Oxu.Az-ın aylıq səhifələnmə sayı 60 milyondan çoxdur.

Oxu.Az bu göstəricilərlə media sahəsində aparıcı mövqedə dayanmaqdadır.

Saytın komandası oxuculara daim yeni və maraqlı materiallar təqdim edir, yeni rubrikaları oxucuların ixtiyarına verir.