Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədi ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə və qida məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərində reydlər davam etdirilir.

AQTA-dan Unikal.org-a verilən məlumata görə, agentlik əməkdaşları tərəfindən 30 iyun 2020-ci il tarixində Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 58 ictimai iaşə obyekti, 179 ərzaq satışı mağazası olmaqla ümumilikdə 237 müəssisədə reyd keçirilib.

Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.

Reyd keçirilən obyektlərdən 111-də Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb. Sözügedən müəssisələr arasında daha çox uyğunsuzluqlar aşkar edilən ictimai iaşə və ərzaq mağazaları aşağıdakılardır.

Bakı şəhəri üzrə:

“Rahat” (Xətai rayonu), “Grandmart” (Xətai rayonu), “Araz supermarket” (Xətai rayonu), “Al market” (Xətai rayonu), “Sevimli”, “Xızı”, “Al market” (Yasamal rayonu), “Oba” (Nəsimi rayonu), “Buta”, “Güvən”, “Ruslan”, “Uğur”, “Eldar” marketlər, Qasımov Şahin İsmayıl oğluna, Yüzbayeva Rahilə Sünbül qızına, Əliyev Sahib Xanməmməd oğluna, Məmmədov Davud Qurban oğluna, Hüseynov Nazim Ayaz oğluna, Dadaşov Orxan Qorxmaz oğluna, Həsənov Telman Əfruz oğluna, Şirinova Nailə Mehman oğluna, Babayev Kamil Kamran oğluna, Ələkbərova Mərziyə Namaz qızına, Qəhrəmanova Gülnarə Şamil qızına, Xalıqov Fərəc Nurəddin oğluna, Tağılı Tural Nizami oğluna, Əsgərov Məşədiəsgər Əli oğluna, Dursunov Həbibullah Fikrət oğluna, Rəcəbov Elmar Tofiq oğluna, Əliyev Rəhim Kamal oğluna, Məlikova Ayşad İbrahimovna qızına, Baxşəliyeva Baxşəli Hüseyn oğluna məxsus ərzaq mağazaları

Digər şəhər və rayonlar üzrə:

Abşeron rayonu, Masazır qəsəbəsində “Oba”, “Fresh”, “Dostlar” marketlər və Şirinov Elmin Etibar oğluna məxsus ərzaq mağazası

Xaçmaz rayonunda Heybətov Vüqar Məmməd oğluna, Ağayev Rifaq Sabir oğluna, Hüseynov Yavər Həzrət oğluna məxsus ət satışı mağazaları

Göyçay rayonunda Mahmudov Sənan Pərviz oğluna məxsus ərzaq mağazası, Sadıqov Qüdrət Qurban oğluna, Xəlilov Elçin Rəşid oğluna, Kərimov Teymur Aydın oğluna, Yusifov Anar İlqar oğluna, Məmmədov Asif Məmmədşah oğluna və Həsənov Aqil İntizam oğluna məxsus kafelər, Şıxəliyev Sehran Ağarəhim oğluna məxsus yeməkxana

Kürdəmir rayonunda İslamov Həsən Rizvan oğluna məxsus kafe

Şamaxı rayonunda Kərimov Rəhman Firuz oğluna məxsus ərzaq mağazası, Bəhrəmov Şahin Alış oğluna məxsus dönərxana, Xəlilov Şəhriyar Zabit oğluna məxsus dönərxana, Şıxəliyev Əmrah Feyruz oğluna, Ağaməmmədov Bəhram Xanəhməd oğluna, Əliyev Fuad Mehman oğluna məxsus marketlər, Abbasəliyev Şirəddin Urşan oğluna məxsus meyvə tərəvəz mağazası

Neftçala rayonunda Cəbrayılov Həsənqulu Böyükkişi oğluna, Məmmədov Nofəl Əlisəfa oğluna məxsus ərzaq mağazaları

Salyan rayonunda Həsənov Fərman Mürhüseyn oğluna məxsus ərzaq mağazası

Sabirabad rayonunda Seyidov Əziz Əzim oğluna məxsus restoran

Mingəçevir şəhərində “Kral” market, “Samux vadisi” kafesi və Ağayev Azad Şirin oğluna məxsus kafe

Masallı rayonunda “Bazarstore” market

Cəlilabad rayonunda “Real” market

Balakən rayonunda Hudulov Çingiz Nurəddin oğluna məxsus çörək istehsalı müəssisəsi

Zaqatala rayonunda Zeynalov Oruc Astan oğluna məxsus çörək istehsalı müəssisəsi

Oğuz rayonunda Həmidov Tacəddin Siracəddin oğluna və Ellazov Dilqəm Knyaz oğluna məxsus ərzaq mağazaları

Daşkəsən rayonunda “Araz supermarket”

Gəncə şəhərində “Milli market” ərzaq mağazası

Ağstafa rayonunda “Limon” kafesi, “Dərya” və “Elit” ərzaq mağazaları

Şəmkir rayonunda “Murad”, “Üç Çinar”, “Qoşa Çinar”, “Fizuli”, “Ocaq”, “Çingiz” kafeləri, “Zümrüd” və “Zirvə” ərzaq mağazaları

Beyləqan rayonunda “Supermarket”, “İlham”, “Çempion”, “Tuncay”, “Real”, “Cavid”, “Yenimil”, “Hüseyn”, “Beyləqan” ərzaq mağazaları, “Röya”, “Çənlibel”, “Milkafe”, “Sərin”, “Xanqızı”, “Çinar”, “Elvin” və “Bozbaş” kafeləri

Ucar rayonunda “Platin”, “Elvin”, “Bizim”, “Aran”, “Ruzi”, “Bəyaz”, “Müsüslü”, “Mega” marketlər və Əliyev Seymur Əlimusa oğluna məxsus ərzaq mağazası

İmişli rayonunda “Fariz”, “Ailəvi”, “Məhəmməd”, “Ekonom” marketlər

Qeyd edək ki, AQTA Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektləri və ərzaq mağazalarında yoxlama-nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.