Rusiya Prezidenti Vladimir Putin  ölkə Konstitusiyasına əlavələrin edilməsi ilə bağlı keçirilən səsverməyə qatılıb.

Unikal.org Rusiya KİV-ə istinadən xəbər verir ki, dövlət başçısı səs vermək üçün Elmlər Akademiyasında yerləşən  № 2151 məntəqəyə gəlib.

Seçki komissiyasının maska və əlcəkdə olan əməkdaşı Putinin pasportunu yoxlayıb, daha sonra isə ona qələm və bülleten təklif edib. Bu zaman dövlət başçısının maska və əlcəkdən istifadə etmədiyi bildirilir. 

Qeyd edək ki, Moskvada bu, qayda pozuntusu hesab olunur və cərimə nəzərdə tutulur.