Avropa mərkəzli "Airbus" təyyarə istehsalçısı gələn il 15 min əməkdaşını işdən çıxaracaq.
Unikal.org xəbər verir ki, şirkət koronavirus pandemiyasından qaynaqlanan maliyyə böhranına görə bu addımı atacaq.
Plan çərçivəsində Fransada 5 min, Almaniyada 5 min 100, İngiltərədə 700, İspaniyada 900, digər təsislərdə 300 nəfərin işinə son veriləcək. İlk mərhələdə üstünlük erkən təqaüdə çıxmaq və işdən könüllü şəkildə ayrılmaq istəyənlərə veriləcək.
"Airbus"dan verilən açıqlamada pandemiyadan əvvəlki vəziyyətə geri qayıtmağın 2023-2025-ci illərdə reallaşa biləcəyi qeyd olunub.