"Tələbələrin köçürülməsi iyul-avqust ayında həyata keçiriləcək".
Unikal.org xəbər verir ki, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.
Onun sözlərinə görə, bu onlayn prosesdir və hər hansı problem olmayacaq. “Dəqiq tarix bəlli deyil. Bu barədə məlumat veriləcək”.
Qeyd edək ki, tələbələrin köçürülməsi ildə iki dəfə - fevral və iyul aylarında həyata keçirilir.