İyulun 1-də Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov inzibati ərazi dairələri üzrə nümayəndələrin və bələdiyyə sədrlərinin iştirakı ilə növbəti videokonfrans keçirib.
Qurumun mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, videokonfransı giriş sözü ilə açan Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov bildirib ki, Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən dəfələrlə dövlət qulluqçularının xalqın yanında olmaq, xalqa ləyaqətlə xidmət etmək, sahibkarlara dəstək olmaq, rüşvətxorluq və korrupsiya yolundan çəkinmək kimi ciddi tapşırıqlar vermişdir. Həmçinin bütün vəzifəli şəxslər cənab Prezidentin apardığı islahatlara dəstək verməli, üzərlərinə qoyulmuş vəzifələri dərk etməli, öz işlərində qanunu və qanunçuluğu əsas tutmalı, mənfi tendensiyalara imkan verməməli, rüşvət və korrupsiyadan uzaq durmalı olduğunu bildirdi. Son günlərdə rayonda əsasən suvarma suyunun təminatında çətinliklərin yarandığını, Kür çayında suyun səviyyəsinin aşağı düşməsi və elektrik enerjisinin verilməsində fasilələrin yaranmasına görə Kürdən və digər suvarma kanallarından su nasoslarının işləməsində çətinliklər sakinlər arasında haqlı narazılıqlar yaradır.İcra nümayəndələrinin və bələdiyyə sədrlərinin belə çətinliklərin qarşısının alınmasında aktiv olmalarını onlara tövsiyyə etdi və kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin təyinatı üzrə istifadə olunmasının vacibliyini söylədı.
Ceyhun Cəfərov dünyada sürətlə yayılan koronavirus pandemiyasından ölkə əhalisinin qorunması istiqamətində ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə görülən təxirəsalınmaz tədbirlərdən danışdı, həmçinin tətbiq olunan gücləndirilmiş karantin rejimi şəraitində Kürdəmir rayonunda da aparılan tibbi-profilaktik və dezinfeksiya, maarifləndirmə tədbirlərindən danışdı.