“Formula 1”in sabiq başçısı 89 yaşlı Berni Ekklstoun dördüncü dəfə ata olub.
Unikal.org “Blick” qəzetinə istinadla xəbər verir ki, onun 44 yaşlı həyat yoldaşı Fabiana oğlan dünyaya gətirib. Uşağa Eys adı verilib.
Qeyd edək ki, yeni doğulmuş oğlandan savayı, Berninin üç qızı da var: Debora (65 yaş), Tamara (36 yaş) və Petra (31 yaş).