“Xəzər TV”nin keçmiş aparıcısı Vamiq Nəsirov özünə yeni iş tapıb.
Unikal.org xəbər verir ki, o, “Facebook” profilində bu gündən Azərbaycan Milli Anti-Dopinq Agentliyinin (AMADA) Media və Kommunikasiya şöbəsinin müdiri vəzifəsində işə başladığını bildirib.
Qeyd edək ki, Vamiq Nəsirov 13 il çalışdığı “Xəzər” telekanalından ayrılması barədə dörd gün əvvəl məlumat vermişdi.