Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin  24 may 1998-ci ildə imzaladığı 710 nömrəli Fərmanına əsasən, 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Daxili İşlər Nazirliyinin tərkibində ilk polis orqanlarının təsis edildiyi gün - 2 iyul Azərbaycan Polisi Günü elan edilib. Bu il Azərbaycan polisinin yaranmasının 102-ci ildönümüdür. “Günay Sığorta” şirkəti Polis Günü münasibətilə şimal bölgəsi istiqamətində xidmət göstərən polis əməkdaşlarına “Təşəkkürnamə”, avtomobil üçün soyuducular və müxtəlif hədiyyələr təqdim edib. 

"Günay Sığorta" ASC-dən Unikal.org-a verilən məlumata görə, yol hərəkəti qaydalarının pozulması yol nəqliyyat hadisələri qurbanlarının sayının artmağına səbəb olar. Bu gün yol hərəkətini onlarsız təsəvvür etmək mümkün deyil. #OnlarVarDeyə layihəsinin əsas məqsədi yol hərəkəti təhlükəsizliyinin qorunmasında əvəzsiz xidməti olan polis əməkdaşlarına təşəkkür mesajının çatdırılmasıdır. 

Həmçinin indi Azərbaycan polisləri koronavirus (COVID-19) infeksiyası ilə mübarizədə həkimlərimizlə yanaşı ön cəbhədədirlər. Onlar da öz səhhətlərini təhlükəyə ataraq, vətəndaşlarımızın sağlamlığının keşiyini çəkir, virusa yoluxma riskini azaltmaq üçün xüsusi karantin rejimi qaydalarına ciddi riayət edilməsinə nəzarət edir. 

Korporativ Sosial Məsuliyyət siyasəti ilə seçilən “Günay Sığorta” şirkəti tərəfindən davamlı olaraq sosial layihələr icra ediləcəkdir.

"Polis günü" münasibətilə bütün polisləri təbrik edir, dövlətimizin və millətimiz üçün önəmli işlərində nailiyyətlər arzu edirik!