Braziliyanın Piripa ərazisində 26 günlük əkiz körpələr Labrador cinsində olan it tərəfindən parçalanaraq öldürülüb.
Unikal.org xəbər verir ki, 9 ildən sonra əkiz körpələrə sahib olan cütlük ani diqqətsizlik səbəbindən körpələrindən olublar. Belə ki, əkizlərin səsinə əhəmiyyət verməyən ana sonradan onların yanına gedib. Və dəhşətli mənzərə ilə qarşılaşıb.
Tez bir zamanda ana körpələrini xəstəxanaya aparsa da, əkizlərin həyatını xilas etmək mümkün olmayıb. Nəzarətsiz qalan körpələrin it tərəfindən parçalanaraq öldürülməsi üzərində polis istintaq işləri başladıb. İlkin məlumata görə itin sahibini qısqandığı üçün körpələri yemək istəyib.