Almaniyada son sutka ərzində koronavirusdan daha 29 nəfərin ölümü qeydə alınıb.
Unikal.org xəbər verir ki, bu barədə Robert Kox Universiteti məlumat yayıb.
Bir gün əvvəl isə 503 yoluxma və 9 ölüm qeydə alındığı bildirilib.
Bu günədək Almaniyada 195 674 nəfər koronavirusa yoluxub, 9 003 nəfər həyatını itirib.
Qeyd edilir ki, ən çox yoluxma halları Bavariya, Şimali Reyn-Vestfaliyada və Baden-Vürtemberqdə aşkarlanıb.