Gürcüstanda son sutka ərzində daha 4 nəfərdə koronavirus aşkarlanıb, 4 nəfər isə müalicə olunaraq sağalıb.
Unikal.org xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib. Bununla da, qonşu ölkədə COVID-19-a yoluxanların sayı 943-ə, sağalanların sayı isə 821-ə çatıb. Xəstəlikdən ölənlərin sayı isə 15 nəfər təşkil edir.
Hazırda ölkə üzrə karantində 3 080, tibbi nəzarətdə isə 242 nəfər saxlanılır.