Rusiyada koronavirusa yoluxanların sayı 667 min nəfəri keçib.

Unikal.org-un məlumatına görə, ölkədə son sutka ərzində 6 718 nəfər virusa yoluxub, 176 nəfər isə həyatını itirib. Bu günə qədər Rusiyada 667 883 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 9 859 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 437 893 nəfər virusdan sağalıb, 220 131 nəfərin müalicəsi isə davam edir.