Jan Kasteksa Fransanın Baş naziri vəzifəsinə təyin edilib.
Unikal.org Yelisey sarayına istinadla xəbər verir ki, bununla bağlı dövlət başçısı Emmanuel Makron sərəncam imzalayıb.
“Respublikanın Prezidenti Jan Kasteksanı Baş Nazir təyin etdi və ona yeni hökuməti formalaşdırmağı tapşırdı”, - deyə məlumatda bildirilir.
Qeyd edək ki, Kasteksa Fransanın cənubunda Prad şəhərinin meri olub.
Xatırladaq ki, Baş Nazir Eduar Filipp və onun rəhbərlik etdiyi hökumət kabineti istefa verib.