“Yoluxmanın artdığı bu günlərdə TƏBİB, Səhiyyə Nazirliyi birgə şəkildə fəaliyyət göstərir, ən yüksək ixtisaslı mütəxəssislər mübarizəyə cəlb edilib”.
Unikal.org-un məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
R. Bayramlı deyib ki, Azərbaycanda ölüm 2 faizdən aşağıdır: “Bu, protokolun düzgün tətbiqinin nəticəsidir”.